"Zirə" klub tarixinin 500-cü qolunu vurub.

"Zirə" 500-cü qolunu vurub.
 
Matc.az xəbər verir ki, klub tarixinin yubiley topu Misli Premyer Liqasının V turunun "Şamaxı" ilə ev oyununa təsadüf edib.
 
Bu görüşdə Bakı klubunun bərabərlik qoluna imza atan Martins Junior "Zirə"nin 500-cü qolun müəllifi olub. Braziliyalı dubl müəllifi olmaqla bu rəqəmi 501-ə çatdırıb.
 
Qəsəbə təmsilçisi Premyer Liqada 368, ölkə kubokunda 59, birinci divizionda 55, avrokuboklarda 19 qol vurub. Evdə 273, səfərdə 226 dəfə fərqlənən komandamız neytral meydanlarda 2 dəfə sevinib.
 
Qeyd edək ki, 2014-cü ildə yaranan klubun ilk qolu həmin il sentyabrın 7-də vurulub. MOİK-lə birinci divizionun oyununda (1:0) Aslan Hüseynov rəqib qapısına yol tapıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest