20 Sentyabr 2025, 15:30
FUTBOL
"Mançester Yunayted", "Çelsi" və "Liverpul" son bir il ərzində izlədikləri "Yuventus"un mərkəz müdafiəçisi Bremerlə maraqlanmaqda davam edir.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Bildirilir ki, Turin klubu braziliyalını satmaq istəmir və onu saxlamaq üçün mübarizə aparmağa hazırlaşır. Bununla belə, 28 yaşlı müdafiəçi İngiltərəyə mümkün transferə açıqdır.
Qeyd edək ki, Bremer 2022-ci ilin yayından "Yuventus"da çıxış edir. Bu müddət ərzində müdafiəçi bütün turnirlərdə 95 matçda meydana çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 50 milyon avrodur.