20 Sentyabr 2025, 14:12
FUTBOL
"Mançester Siti"nin ulduz futbolçusu Erlinq Haaland İngiltərə Premyer Liqasında cari mövsümün ilk dörd oyununda 5 qol vurub.
Matc.az xəbər verir ki, norveçli hücumçunun məhsuldar çıxışına baxmayaraq, mövsümünün bu başlanğıcı İngiltərə Premyer Liqası karyerasının ən pisi olub.
Haaland 2022/23 və 2023/24 mövsümlərində ilk dörd matçda 6, 2024/25 mövsümündə isə 9 qol vurub.
Qeyd edək ki, bu mövsüm 25 yaşlı Haaland bütün turnirlərdə 9 oyunda meydana çıxıb, 9 qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2034-cü ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 180 milyon avrodur.