"Mançester Yunayted"in sahibi ser Cim Ratkliff Ruben Amorimə ultimatum verib.

Matc.az xəbər verir ki, bu barədə "Talksport" məlumat yayıb.

Bildirilir ki, iş adamı portuqaliyalı menecerlə görüş keçirib və o, fikrini bildirib: "Hazırkı heyət ilk "beşliy"ə düşməyə və gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanmağa qadirdir".

Maraqlıdır ki, bu, klubun 2025/26 mövsümü üçün strategiyasına daxil edilməyib, lakin Ratkliff hesab edir ki, komandanın istənilən avrokubok yarışına qayıtması vacibdir. Bu baş verməsə, Amorimin işinə son veriləcək.

Qeyd edək ki, "Mançester Yunayted" ötən mövsümü cəmi 42 xalla Premyer Liqanı 15-ci pillədə başa vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest