Almaniya millisinin sabiq üzvü Jerom Boatenq 19 illik karyerasını başa vurduğunu açıqlayıb.

Matc.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşdığı videoda bildirib.

O, çıxış etdiyi komandalara, azarkeşlərə və onu dəstəkləyən insanlara minnətdarlığını bildirərək artıq futbolla vidalaşmağın vaxtı olduğunu deyib.

Karyerasına "Herta Berlin"də başlayan 37 yaşlı müdafiəçi sonrakı illərdə "Hamburq" (2007-2010), "Mançester Siti" (2010-2011), "Bavariya" (2011-2021), "Olimpik Lion" (2021-2023), "Salernitana" (2024) klularında çıxış edib. 2024-cü ildən Avstriyanın "LASK Linz" klubuna transfer olunan futbolçunun müqaviləsinə bu ilin avqustunda xitam verilib.

O, 2009-2018-ci illərdə Almaniya millisinin heyətində 76 oyunda forma geyinib və 1 qola imza atıb. 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionu adını qazanan Boatenq 2016-cı ildə bu ölkədə "İlin futbolçusu" seçilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest