"Vulverhempton"un hücumçusu Yorgen Larsen klubu ilə yeni müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə "qurdlar"ın mətbuat xidməti məlumat yayıb.

Yeni müqavilə beş il müddətinə, 2030-cu ilə qədər nəzərdə tutulub və daha bir il üçün uzatma imkanı da daxildir. Müqavilənin maliyyə detalları açıqlanmayıb. Lakin 25 yaşlı norveçlinin maaşında ciddi artım olacaq.

Hücumçu ötən mövsümü "Selta"dan icarə əsasında keçirib. İyulda "Vulverhempton" onu 27 milyon avroya transfer edib. Bu mövsüm Larsen bütün yarışlarda üç matçda iki qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest