20 Sentyabr 2025, 10:14
FUTBOL
27 yaşlı qapıçı Luka Zidan idman vətəndaşlığını dəyişib və bundan sonra Əlcəzair millisində oynamaq hüququ qazanacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Footmercato" paylaşıb.
Bu dəyişikliyi FİFA da təsdiqləyib, yəni əfsanəvi Zinəddin Zidanın oğlu indi Afrika millisində oynaya biləcək.
O, Fransa millisini gənclər səviyyəsində təmsil edib. Klub səviyyəsində isə Luka Zidan bütün karyerasını İspaniyada keçirib. O, "Real" (Madrid), "Rasinq", "Rayo Valekano" və "Eybar"da oynayıb.
2024-cü ilin iyul ayından kiçik Zidan "Qranada"da oynayır.
Qeyd edək ki, Əlcəzair millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyunlarını oktyabrın 9-da Somaliyə, 14-də isə Uqandaya qarşı keçirəcək.