"Yuventus"un və "Roma"nın sabiq hücumçusu Mirko Vuçiniç Monteneqro millisinin baş məşqçisi təyin olunub.

Matc.az xəbər verir ki, bu barədə Monteneqro Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, Vuçiniç ilə 2025-ci ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, 41 yaşlı Vuçiniç 2007-2017-ci illərdə Monteneqroda 46 oyun keçirib və 17 dəfə fərqlənərək millinin ikinci ən çox qol vuran futbolçusu olub. O, "Leççe", "Roma" və "Yuventus"da çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest