19 Sentyabr 2025, 20:02
FUTBOL
Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunun "Barselona" – PSJ oyunu "Montjuik" Olimpiya stadionunda keçiriləcək.
Matc.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Oyunun bu stadiona keçirilməsi kataloniyalıların əsas stadionu olan "Kamp Nou"nun təmirində gecikmələrlə əlaqədardır.
2023-cü ildə "Kamp Nou" təmirə bağlandıqdan sonra "Barselona" ev oyunlarını "Montjuik" arenasında keçirir. Bununla yanaşı, cari mövsümün əvvəlində kataloniyalılar ev oyunlarını 6000 tamaşaçı tutumlu Yohan Kroyff adına arenada keçiriblər. "Montjuik"in tutumu isə 55.000 tamaşaçıdır.
Qeyd edək ki, "Barselona" – PSJ qarşılaşması oktyabrın 1-də, saat 23:00-da baş tutacaq.