UEFA Konfrans Liqasının pley-off mərhələsində "Fredrikstad" ilə oyunda pankart nümayiş etdirdiyi üçün "Kristal Pelas"ı cərimələyib.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

"Kristal Pelas"ı Avropa Liqasından kənarlaşdırmaq qərarına qəzəblənməkdə davam edən azarkeşlərinin hərəkətinə görə İngiltərə klubu təşkilatın xəzinəsinə 10 min avro ödəməlidir.

Xatırladaq ki, UEFA öz qərarında "qartallar"ın keçmiş səhmdarı, Fransanın "Lion" klubunun da sahibi olan Con Tekstorun UEFA-nın araşdırması zamanı hər iki kluba təsir göstərdiyi qeyd edilib.

O, sonda İngiltərə klubunu satsa da, bu, UEFA-nın qərarına təsir etməyib. "Kristal Pelas"ın Avropa Liqasındakı yerini "Nottingem Forest" tutub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest