"Arsenal" klubu komandanın baş direktorunun dəyişdiyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Tim Lyuis 5 ildən sonra komandanı tərk edib, onun yerinə Riçard Qarlik gəlib.

Kelli Blaha, Otto Mali və film prodüseri Ben Uinston da icraçı olmayan üzvlər kimi direktorlar şurasına qatılıblar.

Qeyd edək ki, bu, komandanın rəhbərliyində bu il edilən ilk dəyişikliklər deyil. Mart ayında londonlular Andrea Bertanı Edu Qasparın yerinə idman direktoru təyin ediblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest