19 Sentyabr 2025, 13:24
FUTBOL
"Ayaks"ın müdafiəçisi Yuri Baas karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Liverpul" niderlandlı futbolçunu transfer etmək istəyir. Mersisayd təmsilçisinin baş məşqçisi Arne Slot 22 yaşlı mərkəz müdafiəçisinin oyununu bəyənir.
Qeyd edək ki, Yuri Baas bu mövsüm "Ayaks"ın heyətində keçirdiyi 6 oyunda 1 qol vurub.