İngiltərənin "Vulverhempton" klubu baş məşqçi Vitor Pereyranın müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Vitor Pereyra ötən ilin dekabr ayında "Vulverhempton"un baş məşqçisi təyin olunub. Komanda bu mövsüm Premyer Liqada keçirdiyi 4 oyunun hamısında uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest