Premyer Liqada 100-cü oyununu keçirən "Turan Tovuz"un yarımmüdafiəçisi Ayxan Hüseynova xatirə hədiyəsi təqdim olunub.

Premyer Liqada 100-cü oyununu keçirən "Turan Tovuz"un yarımmüdafiəçisi Ayxan Hüseynova xatirə hədiyəsi təqdim olunub.

Matc.az xəbər verir ki, yubilyara 100 nömrəli formanı Tovuz kubunun idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov və baş məşqçi Kurban Berdıyev təqdim ediblər.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçisinin yubileyi IV tura təsadüf edib. O, "Qəbələ" ilə matçın gedişində meydana daxil olub.

Hüseynov bu 100 qarşılaşmada 13 qola imza atıb. Premyer Liqada yalnız bir klubun formasını geyinən futbolçu "Turan Tovuz"da 100 çempionat matçına çıxan ilk oyunçu olub. O, Premyer Liqada 2022/23 mövsümündə debüt edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest