"Benfika"nın yeni baş məşqçisi Joze Mourinyo sabiq klubu ilə bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, Mourinyo "Fənərbaxça"nın başına keçərkən səhv etdiyini deyib.

"Mənim üçün ideal kontekst, yenidən dünyanın ən yaxşı komandalarından birini çalışdırmaqdır. Mənim karyeram indiyə qədər zəngin olub, dünyanın ən böyük klublarında, müxtəlif ölkələrdə çalışmışam.

"Fənərbaxça"ya başçılıq edəndə səhv etdim. Bu, mənim səviyyəmdə olan futbol deyildi. Bununla belə, son günə qədər hər şeyimi verdim.

"Benfika"nı çalışdırmaq mənim səviyyəmə qayıdışdır və mənim səviyyəm dünyanın ən böyük klublarını çalışdırmaqdır".

Xatırladaq ki, portuqaliyalı mütəxəssis 2024-cü ilin iyulundan 2025-ci ilin avqustuna kimi Türkiyə nəhəngini çalışdırıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest