Onun müqaviləsi 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Portuqaliyalı mütəxəssis Joze Mourinyo "Benfika"nın baş məşqçisi təyin olunub.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Lissabon klubunun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, onun müqaviləsi 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.

62 yaşlı çalışdırıcının son iş yeri Türkiyənin "Fənərbaxça" klubu olub. O, bu il avqustun sonunda klubdan ayrılıb. Mourinyo əvvəllər "Real" (Madrid), "Çelsi", "İnter", "Tottenhem", "Roma" və "Porto" kimi komandaları çalışdırıb.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "Benfika" "Qarabağ"a 3:2 hesabı ilə uduzmuşdu. Bu məğlubiyyətdən dərhal sonra klub baş məşqçisi Bruno Lajeni istefaya göndərdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest