18 Sentyabr 2025, 18:26
FUTBOL
"Barselona"nın prezidenti Joan Laporta baş məşqçi Hans-Diter Flikin İspaniya millisinin məşqçilər korpusunun Kataloniya klubunun hücumçusu Lamin Yamalın ağrılarına baxmayaraq, oyunlarda fəal şəkildə istifadə etməsinə görə narazılığı barədə danışıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" paylaşıb.
"Məşqçimiz artıq deməli olduğu hər şeyi söylədi və o, tamamilə haqlıdır", - Laport bildirib.
Qeyd edək ki, 18 yaşlı futbolçu hazırda zədəsini sağaldır.
Bu mövsüm Yamal La Liqada üç matçda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.