Bruno Laje ilə yollarını ayıran "Benfika"nın yeni baş məşqçisi bəlli olub.

Matc.az xəbər verir ki, Lissabon təmsilçisi Joze Mourinyo ilə razılaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

62 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Benfika" UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turunda "Qarabağ"a məğlub olandan sonra Bruno Laje istefaya göndərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest