"Liverpul"un ulduz cinah oyunçusu Məhəmməd Salah qol hesabında UEFA Çempionlar Liqasında Ukrayna futbolunun əfsanəsi Andrey Şevçenko və Zlatan İbrahimoviçə çatıb.
Matc.az xəbər verir ki, misirli futbolçu Çempionlar Liqasının Liqa mərhələsinin birinci turunun ilk oyununda "Atletiko"ya (Madrid) qarşı (3:2) erkən qol vurub. Bu, onun ən nüfuzlu klub yarışında 48-ci qolu olub.
Çempionlar Liqasında Şevçenko və İbrahimoviçin qol sayıları eynidir. Lakin bu göstəriciyə çatmaq üçün Salaha 89 matç lazım olub ki, bu da hər iki oyunçudan daha yaxşı nəticədir.
Şevçenko Çempionlar Liqasında 100, İbrahimoviç isə 124 oyun keçirib. Hər üç oyunçu bombardirlər siyahısında 12-ci və 14-cü yerləri bölüşür.
Çempionlar Liqası tarixində ən çox qol vuranlar.
1. Kristiano Ronaldo – 140 qol (183 oyun)
2. Lionel Messi – 129 (163)
3. Robert Levandovski – 105 (133)
4. Kərim Benzema – 90 (152)
5. Raul – 71 (142)
...
12-14. Məhəmməd Salah – 48 (89)
12-14. Andrey Şevçenko – 48 (100)
12-14. Zlatan İbrahimoviç – 48 (124)