"Qarabağ"ın əsas komandası ilə yanaşı gəncləri də bu gün avrokubokların əsas mərhələsində ilk oyununa çıxıb.

Matc.az xəbər verir ki, U-19 komandası UEFA Gənclər Liqasında "Benfika"dan qonağı olub.

Portuqaliyada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürüb. Şotlandiyalı Mettyu Makdermidin idarə etdiyi görüş Lissabon təmsilçisinin 7:1 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Gənclər Liqası, I tur

16 sentyabr

14:00 "Benfika" U-19 - "Qarabağ" U-19 7:1
Baş hakim: 
Mettyu Makdermid (Şotlandiya)
Yan xətt hakimləri: Adam Ceffri (Şimali İrlandiya), Brian Uilson (Şimali İrlandiya)
Dördüncü hakim: Dioqo Migel Mauzinyo Rosa (Portuqaliya)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest