15 Sentyabr 2025, 18:43
ÇEMPİONLAR LİQASI
"Barselona" UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turunun "Nyukasl"la matçına ciddi itki ilə çıxacaq.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Lamin Yamal İngiltərədə keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək. 18 yaşlı vinger İspaniya millisinin DÇ-2026-nın seçmə mərhələsinin Türkiyə ilə görüşündə zədələnib.
Qeyd edək ki, "Nyukasl" - "Barselona" qarşılaşması sentyabrın 18-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.