15 Sentyabr 2025, 18:10
FUTBOL
"Qalatasaray" mövsümün sonunda müqaviləsi başa çatan Mario Leminanı komandada saxlayacaq.
Matc.az xəbər verir ki, bu barədə "Africa Foot" nəşri məlumat yayıb.
İstanbul nəhəngi qabonlu yarımmüdafiəçinin sözləşməsini 2027-ci ilin yayına kimi uzadacaq. 32 yaşlı futbolçunun maaşı da artırılacaq.
Qeyd edək ki, Mario Lemina bu mövsüm "Qalatasaray"ın heyətində 3 oyunda iştirak edib.