15 Sentyabr 2025, 15:56
FUTBOL
İngiltərənin "Şeffild Yunayted" klubu baş məşqçi Ruben Selleslə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Ruben Selles 1 iyul tarixində "Şeffild Yunayted"in baş məşqçisi təyin olunmuşdu. O, daha əvvəl Azərbaycanda "Qarabağ" və "Neftçi"də köməkçi məşqçi vəzifəsində çalışıb.