Luiz Gustavo Benedetti

"Palmeyras"ın müdafiəçisi Luis Qustavo Benedetti karyerasını Avropada davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

"Barselona", "Arsenal" və "Napoli" 19 yaşlı mərkəz müdafiəçisi ilə maraqlanır. Adı çəkilən klublar braziliyalı mərkəz müdafiəçisinin performansını yaxından izləyir.

Qeyd edək ki, Luis Qustavo Benedetti bu mövsüm "Palmeyras"ın heyətində keçirdiyi 18 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest