AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Matc.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının Liqa mərhələsinin I turu çərçivəsində sentyabrın 17-də keçiriləcək “Slaviya” (Çexiya) – “Bodo-Qlimt” (Norveç) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Praqadakı Radotin İdman Mərkəzində təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest