15 Sentyabr 2025, 12:23
FUTBOL
Nuri Şahinin "Başakşehir"in baş məşqçi postuna təyinatı rəsmiləşib.
Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Bu gün 37 yaşlı mütəxəssis üçün imza mərasimi təşkil olunub. Gənc məşqçi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Nuri Şahinin son iş yeri Dortmund "Borussiya"sı olub.