"Liverpul" 80-ci dəqiqədən sonra vurulan qollar sayəsində İngiltərə Premyer Liqasında ardıcıl dörd oyunda qalib gələn ilk komanda oldu.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Opta Sport" paylaşıb.
Komanda bu gün Premyer Liqanın 4-cü turunda "Bernli"ni 90+5-ci dəqiqədə Məhəmməd Salahın penaltidən vurduğu qol sayəsində məğlub edib.
"Liverpul" İngiltərə çempionatının cari mövsümünün digər matçlarında da son dəqiqələrdə vurduğu qollar sayəsində qələbə qazanıb - "Bornmut"la 4:2 (88-ci dəqiqədə Federiko Kyezanın qolu), "Nyukasl"la 3:2 (90+10-cu dəqiqədə Rio Nqumohiyanın qolu) və "Arsenal"la 1:0 (83-cü dəqiqədə Dominik Soboslayinin qolu).
Qeyd edək ki, Arne Slotun rəhbərlik etdiyi "Liverpul" Premyer Liqanın ilk dörd turunda qələbə qazanıb və 12 xalla turnir cədvəlində liderdir