Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəhbərləri "Barselona"nın prezidenti Joan Laportanın açıqlamalarına mənfi reaksiya veriblər.
Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Bildirilir ki, kataloniyalıların rəhbərinin klublararası dünya çempionatı ilə bağlı dediyi sözlər FİFA-nın narazılığna səbəb olub. Funksioner ABŞ-da keçirilən turnirin təşkilatçılarını tənqid edib, çünki La Liqanın hazırkı çempionları turnirə dəvət olunmayıb. Eyni zamanda, yarışda bir sıra zəif klublar da iştirak edib.
UEFA rəhbərləri də öz növbəsində Kataloniya prezidentinin İspaniya çempionatının oyunlarını xaricdə keçirmək fikrini dəyərləndirməyiblər.
Bundan başqa, Laporta ilə futbol ittifaqı arasında münasibətlər Superliqa yaratmaq ehtimalı səbəbindən gərgin olaraq qalır.