Futbol üzrə Albaniya çempionatında 3-cü turun oyunları keçirilir.

Matc.az xəəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Partizani" səfərdə "Vlajniya"nın qonaağı olub. Qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal da bu matçın iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi qarşılaşmaya start heyətində başlayıb və 68-ci dəqiqədə əvəzlənib. O, 26-cı dəqiqədə komandasının yeganə qolunu vurub. Bu, İsgəndərlinin Albaniya klubunun heyətində ilk qoludur.

Qeyd edək ki, "Partizani" 3 turdan sonra 4 xal toplayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest