14 Sentyabr 2025, 11:03
FUTBOL
"Real" "hakimlik baxımından İspaniya futbolunda baş verənlər" ilə bağlı FİFA-ya şikayət etməyə hazırlaşır.
"Real" "hakimlik baxımından İspaniya futbolunda baş verənlər" ilə bağlı FİFA-ya şikayət etməyə hazırlaşır.
Matc.az xəbər verir ki, bu barədə "Real TV"nin rəsmi media kanalı məlumat yayıb.
Bildirilir ki, FİFA-ya verilən hesabatda İspaniya futbolunda həm ötən, həm də cari mövsümdə baş verən hakimliklə bağlı insidentlər qeyd olunacaq.
Şikayətin hazırlanması ilə bağlı məlumat "Real"ın İspaniya çempionatının 4-cü turunun "Real Sosyedad"a 2:1 hesablı qələbəsindən sonra, Madrid klubunun müdafiəçisi Din Huysenin 32-ci dəqiqədə birbaşa qırmızı vərəqə almasından sonra ortaya çıxıb.