12 Sentyabr 2025, 21:08
FUTBOL
FİFA 2026-cı ildən milli komandaların oyunları üçün sentyabr və oktyabr fasilələrini birləşdirəcək və bu, 16 günü əhatə edəcək. Eyni zamanda, noyabrda keçirilən beynəlxalq fasilə isə dəyişməz qalacaq.
Matc.az xəbər verir ki, bu barədə "El Desmarque" məlumat yayıb.
Bildirilir ki, gələn il milli komandaların oyunları üçün ilk fasilə sentyabrın 21-dən oktyabrın 6-dək baş tutacaq. Milli komandalar iki yox, dörd oyun keçirə biləcək.
Noyabrda beynəlxalq fasilə 2026-cı ilin 9-dan 17-nə kimi baş tutacaq. Bu müddət ərzində hər komanda iki oyun keçirəcək.
Qeyd edək ki, belə bir kombinə edilmiş fasilə növbəti beş il üçün nəzərdə tutulan planlarda təsdiq edilib.