"Sadə səhvimiz qolla nəticələndi. Təbii ki, xoş deyil".

"Kəpəz" Misli Premyer Liqasınını 4-cü turunda Qəbələ şəhər stadionunda "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzub.

Matc.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Əvvəlki oyunlara baxanda daha aqressiv idik. Sadə səhvimiz qolla nəticələndi. Təbii ki, xoş deyil. Amma komandanı toparlamaq istəyirik. Bu gün daha istəkli "Kəpəz" gördük.

- Rəhbərlik sizin qarşınıza növbəti 3 turda itirilən xalların bərpa olunması hədəfi qoymuşdu. Sizcə, 3 tur gözləyəcəklər?
- Söhbət 3 turdan yox, komandanın durumun yaxşılaşdırılması, xallar qazanmaqdan gedir.

- Hər mövsüm "Kəpəz" 7-8 tur uduzduqdan sonra baş məşqçi dəyişir və komanda yaxşı nəticələr göstərməyə başlayır. Bunun səbəbi nədir?
- Biz "Kəpəz"də oynayanda da belə hallar olub. Hər dəfə komandaya yeni futbolçular cəlb olunur. Onların bir-birinə uyğunlaşması vaxt tələb edir. Növbəti turlarda qarşımıza qoyulan məqsədə çatmağa çalışacağıq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest