"Kopenhagen"in hücumçusu Herman Onuqa karyerasını Türkiyə Superliqasında davam etdirəcək.

Matc.az xəbər verir ki, "Kayserispor" rusiyalı futbolçu ilə müqavilə imzaladığını açıqlayıb.

Tərəflər arasında müqavilə iki mövsüm üçün nəzərdə tutulub - 2027-ci ilin yayına qədər.

Qeyd edək ki, Onuqa 2024-cü ilin sentyabrında "Kopenhagen"ə keçib. Lakin bu müddət ərzində o, cəmi 8 oyun keçirib, fərlənə bilməyib. 2025-ci ilin yanvar ayından isə karyerasını icarə əsasında Danimarka "Veyle"sində davam etdirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest