Sadiq Şəfiyev mövsümün sonuna kimi icarəyə götürülüb.

"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.

Matc.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

"Sarı-göylər" Sadiq Şəfiyevi heyətinə qatıb. "Turan Tovuz"un 19 yaşlı hücumçusu mövsümün sonuna kimi icarəyə götürülüb.

Qeyd edək ki, Gəncə futbol məktəbinin yetirməsi olan Şəfiyev 2020-2021-ci illər və ötən mövsümün 2-ci hissəsini "Kəpəz"də keçirib.

Sadiq Şəfiyev aşağı yaş qrupları üzrə milli komandaların şərəfini qoruyub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest