12 Sentyabr 2025, 12:54
FUTBOL
"Fənərbaxça"nın sabiq hücumçusu İslan Slimani karyerasını Rumıniyada davam etdirəcək.
Matc.az xəbər verir ki, əlcəzairli futbolçu ÇFR-lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı forvard Kluj təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, İslam Slimaninin son klubu ölkəsində "Beluizdad" olub. O,daha əvvəl "Sportinq", "Lester", "Nyukasl", "Monako", "Lion", "Brest", "Anderlext", "Koritiba", "Mexelen" və "Vesterlo"da çıxış edib.