11 Sentyabr 2025, 12:15
FUTBOL
Futbol üzzə Azərbaycan I Liqasında 2025/2026 mövsümünə start verilir.
Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Hər iki oyun saat 16:30-da başlayacaq.
"Zaqatala" doğma meydanda "Cəbrayıl"ı qəbul edəcək. II Liqada çempion olub I Liqaya yüksələn "Şahdağ Qusar" isə səfərdə MOİK-in qonağı olacaq.
I Liqa, I tur
11 sentyabr (cümə axşamı)
MOİK – “Şahdağ Qusar”
Binə qəsəbə stadionu, 16:30
“Zaqatala” – “Cəbrayıl”
Zaqatala OİK stadionu, 16:30
12 sentyabr (cümə)
“Şəfa” – “Şimal”
Binə qəsəbə stadionu, 16:30
“Səbail” – “Mingəçevir”
“ASCO Arena”, 19:00
13 sentyabr (şənbə)
“Baku Sportinq” – “Difai”
Buzovna qəsəbə stadionu, 16:30