11 Sentyabr 2025, 01:20
FUTBOL
Fransalı millisinin sabiq qapıçı Stiv Mandanda karyerasını başa vurmaq qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə 40 yaşlı qolkiper özü açıqlama verib.
Mandanda bir çox təklif aldığını, lakin bunları dəyərləndirmək istəmədiyini söyləyib.
Qeyd edək ki, onun son komandası Fransanın "Renn" klubu olub. Mandanda yığmanın heyətində 35 oyun keçirib. Mandanda 2018-ci ildə keçirilən dünya çempionatında Fransanın yığmasının heyətində olub.