08 Sentyabr 2025, 15:27
FUTBOL
Memfis Depay Niderland millisinin ən möhsuldar futbolçusu olub.
Matc.az xəbər verir ki, 31 yaşlı forvard DÇ-2026-nın seçmə mərhələsinin Litva ilə matçında (3:2) dubl etməlkə buna nail olub.
"Korintians"ın hücumçusu yığmada vurduğu qolların sayını 51-ə yüksəldib. O, 50 qolu olan Robin van Persini qabaqlayıb.
Qeyd edək ki, Memfis Depay 2013-cü ildə Niderland millisində debüt edib.