"Fənərbaxça"nın müdafiəçisi Oqnyen Mimoviç karyerasını Kiprdə davam etdirəcək.

Matc.az xəbər verir ki, "Pafos" serbiyalı futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mimoviç 2026-cı ilin 31 may tarixinədək Kipr təmsilçisinə məxsus olacaq.

Qeyd edək ki, "Fənərbaxça" Oqnyen Mimoviçi bu ilin yanvar ayında "Srvena Zvezda"dan transfer edib. 21 yaşlı sağ cinah müdafiəçisi ötən mövsümün ikinci yarısında icarə əsasında "Zenit"in formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest