08 Sentyabr 2025, 11:43
FUTBOL
Türkiyə milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turu çərçivəsində doğma meydanda İspaniyaya 0:6 hesabı ilə uduzub.
Matc.az xəbər verir ki, "ay-ulduzlular"ın baş məşqçisi Vinçentso Montella oyundan sonra açıqlama verib. İtaliyalı mütəxəssis məyus olduqlarını bildirib:
"Hamımız çox məyusuq. Matçın əvvəlində bir neçə fürsət yaxaladıq, amma qola çevirə bilmədik. Rəqib iki hücum etdi və qollar vurdu. Bu oyun bizim üçün böyük bir dərs olacaq. Bu vəziyyətdən daha güclü şəkildə çıxacağımıza inanıram".