07 Sentyabr 2025, 18:12
FUTBOL
DÇ-2026-nın seçmə mərhələsinin E qrupunda bu gün keçiriləcək 2-ci turun Türkiyə – İspaniya oyunu Azərbaycanda da canlı yayımlanacaq.
Matc.az xəbər verir ki, görüş "CBC Sport" kanalı ilə birbaşa nümayiş etdiriləcək.
Görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Türkiyə kanallarından isə oyunu TV8 kanalı yayımlayacaq.
Qeyd edək ki, bir turdan sonra ehtiyatında 3 xalı olan Türkiyə və İspaniya E qrupunda şərikli liderdirlər.