"Atletiko Madrid"in və Argentina millisinin hücumçusu Julian Alvares karyerasını Barselonada davam etdirmək istəyir.
 
Bu barədə Barca Universal məlumat yayıb.
 
Onların məlumatına görə, 25 yaşlı Alvares 2026-cı ilin yayında "Barselona"ya keçmək arzusunu paytaxt klubunun rəhbərliyinə bildirib.O, karyerasının növbəti mərhələsi üçün Kataloniya klubunu ideal seçim hesab edir.
 
Daha əvvəl bildirilmişdi ki, “Barselona” Polşalı veteran Robert Levandovskini mümkün əvəzləyici kimi Alvares, həmçinin “Liverpul”dan Aleksandr İsak və “Mançester Siti”dən Erlinq Haalandı nəzərdən keçirir.
 
Alvares 2024-cü ilin yayında 75 milyon avroya "Mançester Siti"dən "Atletiko"ya keçib. Ötən mövsüm o, bütün turnirlərdə 57 matçda 29 qol vurub və 8 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest