07 Sentyabr 2025, 10:30
FUTBOL
Son 48 saat ərzində "Beşiktaş" "Liverpul"un hücumçusu Federiko Kyesa ilə əlaqə saxlayıb, onun Türkiyə klubuna mümkün transferi ilə bağlı mövqeyini öyrənməyə çalışır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano paylaşıb.
Bildirilir ki, "mersisaydlılar" vingeri icarəyə verməyəcək. "Qırmızılar" Kyesa üçün yalnız daimi transfer təklifini nəzərdən keçirəcək. Futbolçunun "Beşiktaş"a keçidi ilə bağlı mövqeyinin isə qeyri-müəyyən qaldığı vurğulanır.
Qeyd edək ki, Kyesa bu mövsüm bütün yarışlarda üç matçda iştirak ediv və bir qol vurub. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalında oyunçunun bazar dəyəri 14 milyon avrodur.