"Hazırda motivasiyamız yüksəkdir. Sabah sözümüzü meydanda deməyə çalışacağıq"

Azərbaycan yığması İslandiya ilə matça ciddi hazırlaşıb.

Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin kapitaı Emin Mahmudov deyib.

Yarımmüdafiəçi İslandiya yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Bizi sabah ağır oyun gözləyir. Qarşılaşmaya ciddi hazırlaşmışıq. İnanırıq ki, baş məşqçimizin verdiyi tapşırıqları layiqincə yerinə yetirəcəyik. Hazırda motivasiyamız yüksəkdir. Sabah sözümüzü meydanda deməyə çalışacağıq".

Qeyd edək ki, sentyabrın 5-də reallaşacaq İslandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest