04 Sentyabr 2025, 03:37
FUTBOL
"Vest Hem"dən ayrılan müdafiəçi Kurt Zuma karyerasını "CFR Cluj"da davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə Rumıniya klubunun rəsmi saytı məlumat yayıb.
30 yaşlı fransız müdafiəçi 30 iyun 2027-ci ilə qədər müqavilə imzalayaraq azad agent kimi yeni komandasına keçib.
Qeyd edək ki, ötən mövsüm Zuma Səudiyyə Ərəbistanının "Əl-Oruba" klubunda icarə əsasında çıxış edib. "Vest Hem" onu 2021-ci ilin yayında "Çelsi"dən 35 milyon avroya alıb. Bundan əlavə, Zuma "Everton", "Stok Siti" və "Sent-Etyen"də çıxış edib. O, Fransa millisində 11 oyun keçirib.