Klublar 2025-ci ilin yay "transfer pəncərəsi"ndə rekord məbləğdə pul xərcləyiblər.

Matc.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyası (FİFA) məlumat yayıb.

Yay "transfer pəncərəsi" iyunun 1-dən sentyabrın 2-dək, o cümlədən ABŞ-da keçiriləcək klublararası dünya çempionatı ilə əlaqədar iyunun 1-dən 10-a kimi xüsusi müddət də açıq olub. Bu müddət ərzində kişilərin peşəkar futbolunda 12 000-dən bir qədər az beynəlxalq transfer həyata keçirilib, bu yeni rekorddur.

Klubların transfer xərcləri 9,76 milyard dollara yüksəlib ki, bu da bütün müşahidələr tarixi üçün rekord göstəricidir. Cari rəqəmlər 2024-cü ilin eyni dövrünə olan məbləğləri 50%-dən çox üstələyib.

İngiltərə klublarının 3 milyard dollardan çox xərclədiyi qeyd edilir. Bu, milli assosiasiyalar arasında bütün zamanların rekordudur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest