"Jirona" ukraynalı qapıçı Andriy Lunini "Real"dan icarəyə götürmək istəyib.

Matc.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.

Bildirilir ki, "Jirona" bir neçə gün əvvəl ukraynalı qolkiperlə maraqlansa da, Madrid klubu qapıçını kataloniyalılara icarəyə verməkdən imtina edib.

Bundan sonra klub "Fənərbaxça"nın qapıçısı Dominik Livakoviçi icarəyə götürüb.

Qeyd edək ki, 2024/25 mövsümündə Andriy Lunin "Real"ın heyətində 14 oyun keçirib, onlardan 6-da qapısını toxunulmaz saxlayıb, ümumilikdə 19 qol buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest