03 Sentyabr 2025, 20:11
FUTBOL
FFA-nın İntizam Komitəsinin bugünkü iclasında çıxarılan qərara görə, "Neftçi" apellyasiya şikayəti verib.
AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında çıxarılan qərara görə, Misli Premyer Liqasının 3-cü turunun "Neftçi" – "Turan Tovuz" oyununun 55-ci dəqiqəsində birbaşa qırmızı vərəqə almış futbolçumuz İqor Ribeyro 3 oyun cəzalandırılıb, klubun özü isə 3000 manat cərimə edilib.
Matc.az xəbər verir ki, "Neftçi" bu qərarı ağır hesab edir.
Bu səbəbdən İntizam Komitəsinin qərarından Apellyasiya Arbitraj Tribunalına "Neftçi" tərəfindən apellyasiya şikayəti ünvanlanıb.