"Əl-Hilal"ın yarımmüdafiəçisi Ruben Neves portuqaliyalı komanda yoldaşı Dioqo Jotanın xatirəsinə etdiyi döyməni nümayiş etdirib.
Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Ötən gün Portuqaliya Futbol Federasiyası iyulun əvvəlində qardaşı Andre Silva ilə birlikdə avtomobil qəzasında həlak olan Jotanın, həmçinin avqustun 5-də dünyasını dəyişən "Porto"nun sabiq kapitanı Xorxe Kostanın şərəfinə mərasim keçirib.
Neves Jotanı şərəfinə çəkdirdiyi döyməni nümayiş etdirib. Ruben sol ayağında Jotanı qucaqladığı özünü döymə etdirib.
Qeyd edək ki, Dioqo Jota və Ruben Neves yaxın dost idilər. Onlar "Porto" və "Vulverhempton"da birlikdə oynayıblar. Jotanın ölümündən sonra Neveş əvvəllər Dioqoya məxsus olan 21 nömrə altında Portuqaliya yığmasında oynamaq qərarına gəlib.
