UEFA prezidenti Aleksander Çeferin klublararası dünya çempionatının (KDÇ) iki ildən bir keçirilməsi ideyasına qarşı çıxıb.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Çeferin KDÇ-nin dörd ildən bir keçirilməsinə qarşı deyil, lakin tez-tez deyil:
"Əgər onlar dörd ildən bir klublararası dünya çempionatı təşkil etsələr, bu, bizim təşkilat və şəxsən mənim üçün olduqca normaldır. KDÇnin iki ildən bir keçirilməsi fikri ilə razılaşmazdım. Onların bunu həqiqətən də istəmirlər.
Bunun ən problemli tərəfi odur ki, futbolçular mövsüm bitəndən sonra çox yorğun olurlar, sonra onlar bu 5 həftəlik turnirdə oynamalıdırlar ki, bu da həddindən artıq çoxdur.
FİFA bu ideyanı dəstəkləyən klublarla danışmalıdır. Yorucu da budur, çünki onların kişi yarışları, klublararası dünya kuboku, sonra gələn il dünya çempionatı, bir il fasilə, sonra Avro və Amerika Kuboku və s. İndi Afrika Millətlər Kuboku yanvarda olduğu üçün bu, bitməyən bir hekayədir. Ona görə də çətindir, amma gələcəkdə nə olacağını görəcəyik", - Ceferin bildirib.
Xatırladaq ki, 2025-ci ildə yenilənmiş formatda keçirilmiç klublararası dünya çempionatının qalibi finalda PSJ-ni məğlub edən (3:0) Londonun "Çelsi" klubu olub.